Firuzə Allahverdiyeva
Firuzə Allahverdiyeva General English, TOEFL, PRE-SAT, PRE-IELTS, SAT və IELTS üzrə peşəkar müəllimdir. O, tələbələrə dil bacarıqlarını inkişaf etdirmək, imtahan strategiyalarını mənimsətmək və yüksək nəticələr əldə etmələrinə kömək etmək üçün geniş təcrübəyə malikdir. Firuzə müəllim müasir və interaktiv tədris metodlarından istifadə edərək, hər bir tələbənin fərdi ehtiyaclarına uyğun dərslər keçir. Onun dərsləri maraqlı və motivasiyaedici olub, tələbələrin özlərinə olan inamını artırır və onları uğura hazırlayır.